Seninem.Az > Aktual > Qidadan zəhərlənmələrin sayı niyə artıb? - "Kimlərsə yalançı rəqəmlər yaradırlar, sonra da baxıb həzz alırlar..."
Qidadan zəhərlənmələrin sayı niyə artıb? - "Kimlərsə yalançı rəqəmlər yaradırlar, sonra da baxıb həzz alırlar..."Tarix: 10-07-2024, 10:09. Müəllif: admin2 |
|
“Azərbaycanda zəhərlənmələrin qeydiyyatı düzgün aparılmır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA-red) statistikasına baxsaq, görərik ki, zəhərlənmələrin sayı rəsmi sənədlərdə ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Eləcə də zəhərlənmədən ölənlərin sayı. Bu statistikanın necə aparılması və kimlərin aparması məsələsi, gərək, ölkədə həll olunsun. Öz yaratdıqları statistikaya baxıb, yəqin, əllərini ürəklərinin üstünə qoyub deyirlər ki, "biz əlayıq, yaxşıyıq, yaxşı işləyirik". Təsadüfi deyil, Azərbaycan uzunömürlülər siyahısında 190 ölkə arasında 115-ci yerdə dayanır. Yəni 115 ölkədən - Afrikanın bir çox ölkələrindən, o cümlədən kasıb Banqladeşdən, Şri-Lankadan çox-çox geri qalırıq. Bütün bunlar bizi düşünməyə vadar edir”. Bu sözləriaArazxeber.az -a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. Geri Qayıt |