Seninem.Az > Aktual / Manşet Yuxarı / Manşet Sağ > Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı

Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı


Tarix: 13-02-2023, 12:49. Müəllif: admin2
Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı

Bakıda 20 yaşlı oğlan itkin düşüb.

Ağdaş rayon sakini, 20 yaşlı Xəyal Musayev fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

Araşdırmalar zamanı məlum olub ki, X.Musayev paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən hosteldə qalırmış. O, fevralın 9-da saat 20 radələrində telefonunu və “intihar edəcəyəm, heç kimin günahı yoxdur”,- sözləri yazılmış məktubu hosteldə qoyaraq oranı tərk edib.

Hazırda araşdırma tədbirləri davam etdirilir.//Qafqazinfoскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt