Seninem.Az > Aktual / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda 3 nəfər 16 yaşlı qızı QAÇIRDI
Azərbaycanda 3 nəfər 16 yaşlı qızı QAÇIRDITarix: 2-09-2022, 10:41. Müəllif: admin2 |
Oğuzda 16 yaşlı qız qaçırılıb. 3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Geri Qayıt |