Seninem.Az > Aktual / Manşet Yuxarı / Manşet Sağ > Ağstafa şəhidi ilə vidalaşır
Ağstafa şəhidi ilə vidalaşırTarix: 6-08-2022, 10:48. Müəllif: admin2 |
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb. Mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Geri Qayıt |