Seninem.Az > Aktual / Manşet Yuxarı / Manşet Sağ > Bakıda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək başqalarına hədə-qorxu gəldi
Bakıda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək başqalarına hədə-qorxu gəldiTarix: 18-07-2022, 15:54. Müəllif: admin2 |
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib. Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Geri Qayıt |