Seninem.Az > Aktual / Manşet Yuxarı > Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubTarix: 30-05-2022, 22:29. Müəllif: admin |
Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Geri Qayıt |