Seninem.Az > Aktual / Manşet Yuxarı > Deputat: “Pensiya yaşını kişilər üçün 60, qadınlar üçün 50 edək”
Deputat: “Pensiya yaşını kişilər üçün 60, qadınlar üçün 50 edək”Tarix: 5-05-2022, 18:54. Müəllif: admin |
“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”. Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, ölkədə yaş həddi o qədər də yuxarı deyil: “İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar”. Geri Qayıt |