Seninem.Az > Aktual / Manşet Yuxarı > “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq
“İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaqTarix: 29-04-2022, 18:59. Müəllif: admin |
Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq. Leqal.info-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb. Sərəncamla Nazirlər Kabinetinə 9 (doqquz) ay müddətində Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Geri Qayıt |