Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 112 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 112 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb


Tarix: 18-03-2022, 19:30. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb, 9 647 nəfər vəfat edib. 1 105 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 6 656 940 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt