Seninem.Az > Aktual / Manşet Yuxarı > Kərim Vəliyev Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar verib
Kərim Vəliyev Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar veribTarix: 18-03-2022, 12:30. Müəllif: admin |
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib. Geri Qayıt |