Seninem.Az > Aktual / Manşet Yuxarı > Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”
Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”Tarix: 11-03-2022, 21:16. Müəllif: admin |
|
“Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək və bununla da, muxtar respublikaya yolumuz qısalacaq”. Leqal.info xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib. “Bu gün nəqliyyat sektorunda çox vacib Anlaşma Memorandumu imzaladıq. Söhbət yeni kommunikasiyaların yaradılmasından gedir”, - deyə o, qeyd edib. Ş Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq. Bu İşçi Qrup dəmir yolu xətti ilə bağlı təkliflərini təqdim edəcək”. Geri Qayıt |