Seninem.Az > Aktual / Manşet Yuxarı > Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib


Tarix: 18-01-2022, 14:39. Müəllif: admin
“Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib”.

Leqal.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 62 nəfəri Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların yaxın ailə üzvləridir: “Vətəndaşlıq verilməsi ilə bağlı bizə daxil olan müraciətlər müsbət qəbul edilib”.

V.Hüseynov bildirib ki, ötən il 15 nəfərin vətəndaşlığı isə bərpa olunub.

Qeyd edək ki, 2020-ci ildə 409 nəfər ölkə vətəndaşlığına qəbul olunub, 8 nəfərin vətəndaşlığı isə bərpa olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt