Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda general təqaüdə göndərilib
Azərbaycanda general təqaüdə göndərilibTarix: 17-01-2022, 18:31. Müəllif: admin |
Azərbaycanda polis generalı təqaüdə göndərilib. Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı. Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb. Geri Qayıt |