Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb


Tarix: 22-12-2021, 13:00. Müəllif: admin
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt