Seninem.Az > Aktual / Manşet Yuxarı > Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıbTarix: 1-12-2021, 14:58. Müəllif: admin |
"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb". Leqal.info xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”. E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”. Geri Qayıt |