Seninem.Az > Aktual / Manşet Yuxarı > Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib

Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib


Tarix: 30-11-2021, 15:31. Müəllif: admin
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

Bu barədə Leqal.info hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt