Seninem.Az > Aktual / Manşet Yuxarı > Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin son durumu açıqlanıb
Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin son durumu açıqlanıbTarix: 29-11-2021, 15:05. Müəllif: admin |
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Leqal.info-ya bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topukdan amputasiya edilib. O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir. 09:30 Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb. "Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib. Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir. Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri Qayıt |