Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda əfv və amnistiya ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb

Azərbaycanda əfv və amnistiya ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb


Tarix: 11-11-2021, 13:51. Müəllif: admin
"Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub".

Leqal.info xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib: "Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasibətilə elan olunan amnistiya dövlətin hümanist siyasətinin təzahürüdür".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt