Seninem.Az > Aktual / Manşet Yuxarı > Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb
Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıbTarix: 10-11-2021, 20:10. Müəllif: admin |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb. Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad olunub. O, həmçinin qurumun Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsindən də azad edilib. Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib. Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır. Geri Qayıt |