Seninem.Az > Aktual / Manşet Yuxarı > ÜST-nin baş direktoru və BMT rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif ediliblər

ÜST-nin baş direktoru və BMT rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif ediliblər


Tarix: 4-11-2021, 16:03. Müəllif: admin
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

Leqal.info-nun xəbərinə görə, o, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Biz planetimizin insanlarının sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzüağ çıxacağıq. Bu medala görə təşəkkü edirəm”, - o vurğulayıb.

Bundan başqa, BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. T.A.Qebreyesus və T.Valovaya tədbirə videokonfrans vasitəsilə qatılıblar.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt