Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda qohumları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblar
Azərbaycanda qohumları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblarTarix: 2-11-2021, 14:37. Müəllif: admin |
|
“Məhkəmə icraatında olan işlərin, təxminən, 70 %-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir. Hansı ki, həmin işlər məhkəməyə daşınılır”. Leqal.info xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib. Onun sözlərinə görə, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib: “Hansı ki, həmin iş yerləri hazırda mövcud deyil. Vətəndaş əmək kitabçasını təqdim edir, ancaq onu gedib yerində yoxlamaq mümkün olmur. Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edilir. Buna qarşı da ciddi mübarizə aparılır. Digər problem isə vəfat edən əmək pensiyaçısı barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumların da ölüm haqqında şəhadətnaməni çıxarmaması ölən şəxsin pensiyasının dayandırılmaması deməkdir. Elə faktlarla qarşılaşırıq ki, təxminən, 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”. Geri Qayıt |