Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib

Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib


Tarix: 28-10-2021, 20:16. Müəllif: admin
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt