Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda yaşayış minimumunun məbləği artırılır
Azərbaycanda yaşayış minimumunun məbləği artırılırTarix: 27-10-2021, 14:24. Müəllif: admin |
Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır. Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi. Geri Qayıt |