Seninem.Az > Aktual / Manşet Yuxarı > Nazir Kukla Teatrının direktorunu mənimsəməyə görə işdən çıxarıb

Nazir Kukla Teatrının direktorunu mənimsəməyə görə işdən çıxarıb


Tarix: 19-10-2021, 19:41. Müəllif: admin
Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb: “Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt