Seninem.Az > Aktual / Manşet Yuxarı > Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu qəbul edib
Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu qəbul edibTarix: 15-10-2021, 15:10. Müəllif: admin |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub. Leqal.info-nun xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq. Geri Qayıt |