Seninem.Az > Aktual / Manşet Yuxarı > COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıbTarix: 8-10-2021, 15:43. Müəllif: admin |
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Leqal.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb. Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı. Geri Qayıt |