Seninem.Az > Aktual / Manşet Yuxarı > Xocavənddə traktor və əlvan metalları qanunsuz çıxaran şəxslər saxlanılıb

Xocavənddə traktor və əlvan metalları qanunsuz çıxaran şəxslər saxlanılıb


Tarix: 4-10-2021, 14:04. Müəllif: admin
Xocavənddə polisin "Saxla" əmrinə tabe olmayan sürücülər saxlanılıb.

Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunan Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri - Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə "Saxla" işarəsi verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülən tədbirlərlə onlar saxlanılıblar.

Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunan ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Onlar Rayon Polis Şöbəsinə gətirilib və toplanmış materialla birgə rayon məhkəməsinə göndəriliblər.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt