Seninem.Az > Aktual / Manşet Yuxarı > Vergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək

Vergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək


Tarix: 30-09-2021, 21:30. Müəllif: admin
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Leqal.info-nun xəbərinə görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən "YAŞAT" Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt