Seninem.Az > Aktual / Manşet Yuxarı > Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb


Tarix: 28-09-2021, 15:33. Müəllif: admin
Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.

Bu barədə Leqal.info-ya onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi "Yeni Klinika"da davam etdiriləcək.

Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda "Yeni Klinika"da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt