Seninem.Az > Aktual / Manşet Yuxarı > Azad olunan ərazilərdə daha 63 mina aşkarlanıb
Azad olunan ərazilərdə daha 63 mina aşkarlanıbTarix: 20-09-2021, 15:57. Müəllif: admin |
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Geri Qayıt |