Seninem.Az > Aktual / Manşet Yuxarı > ÜST nümayəndəsi: "Azərbaycanda "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb"
ÜST nümayəndəsi: "Azərbaycanda "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb"Tarix: 16-09-2021, 14:30. Müəllif: admin |
"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır". Leqal.info-nun xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, "mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq". Geri Qayıt |