Seninem.Az > Aktual / Manşet Yuxarı > Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb

Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb


Tarix: 15-09-2021, 18:30. Müəllif: admin
“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”.

Bunu Leqal.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt