Seninem.Az > Aktual / Manşet Yuxarı > Sentyabrın 6-dan Azərbaycana 13 ölkənin vətəndaşlarının girişinə icazə verilir
Sentyabrın 6-dan Azərbaycana 13 ölkənin vətəndaşlarının girişinə icazə verilirTarix: 3-09-2021, 22:39. Müəllif: admin |
Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. Bu barədə Leqal.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: - Çin Xalq Respublikası; - Estoniya Respublikası; -.Finlandiya Respublikası; - Fransa Respublikası; - Honq-Konq (ÇXR); - Xorvatiya Respublikası; - İslandiya Respublikası; - İtaliya Respublikası; - Latviya Respublikası; - Malayziya; - Səudiyyə Ərəbistanı Krallığı; - Yaponiya; -Litva Respublikası. Geri Qayıt |