Seninem.Az > Aktual / Manşet Sağ > Mehriban Əliyeva paralimpiyaçıları təbrik edib
Mehriban Əliyeva paralimpiyaçıları təbrik edibTarix: 31-08-2021, 20:57. Müəllif: admin |
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançılarla bağlı paylaşım edib. Leqal.info xəbər verir ki, paylaşımda deyilir: "Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!" Geri Qayıt |