Seninem.Az > Aktual / Manşet Yuxarı > Türk Şurası ölkələrinin jurnalistləri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar

Türk Şurası ölkələrinin jurnalistləri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar


Tarix: 31-08-2021, 12:29. Müəllif: admin
Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonunda səfərdədirlər.

“Report”un Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici KİV nümayəndələri rayon ərazisində aparılan minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın əməkdaşı Natiq Əsədov səfərdə iştirak edən jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli rayonunun Qarğa bazarı adlanan ərazisində 3 üsulla minatəmizləmə əməliyyatları aparılır: “Hazırda Füzuli rayonundan Cəbrayıl rayonuna gedən yolun təmizlənməsi həyata keçirilir. İndiyədək ərazidə 174 ədəd aşağı və yuxarı çaplı hərbi sursatlar aşkar olunub. Hazırda ərazilərin minalardan təmizlənməsi əməliyyatları davam edir. Hesab edirəm ki, 12 km uzunluğunda olan yolun minatəmizləmə işləri bir həftəyə yekunlaşdırılacaq.

Onun sözlərinə görə, ermənilərin müharibə zamanı məğlub olaraq bu ərazilərdən çəkildikcə məqsədilə şəkildə ərazilərə minalar basdırıblar və müxtəlif tələlər qurublar: “Bizim məqsədimiz əraziləri minalardan tam təmizləmək və Azərbaycan vətəndaşlarının bu ərazilərə tam təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir”.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının işğaldan azad olunmuş ərazilərə səfəri “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Daha sonra isə xarici KİV nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonuna və Şuşa şəhərinə səfər edəcəklər.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt