Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: "Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub"


Tarix: 24-08-2021, 18:30. Müəllif: admin
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt