Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"


Tarix: 16-08-2021, 20:30. Müəllif: admin
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt