Seninem.Az > Aktual / Manşet Yuxarı > Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutubTarix: 12-08-2021, 10:00. Müəllif: admin |
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Geri Qayıt |