Seninem.Az > Aktual / Manşet Sağ > Prezident Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb

Prezident Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb


Tarix: 5-08-2021, 16:00. Müəllif: admin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də “Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Leqal.info xəbər verir ki, Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt