Seninem.Az > Aktual / Manşet Yuxarı > Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb
Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıbTarix: 28-07-2021, 10:00. Müəllif: admin |
Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb. Leqal.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb. Geri Qayıt |