Seninem.Az > Aktual / Manşet Yuxarı > SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib
SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilibTarix: 19-07-2021, 15:06. Müəllif: admin |
Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib. Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib. Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib. Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib. Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir. Geri Qayıt |