Seninem.Az > Aktual / Manşet Yuxarı > Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı
Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldıTarix: 13-07-2021, 12:00. Müəllif: admin |
Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Report"a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Geri Qayıt |