Seninem.Az > Aktual / Manşet Yuxarı > Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edibTarix: 2-07-2021, 13:25. Müəllif: admin |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Leqal.info-nun məlumatına görə, o, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub. ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”. Geri Qayıt |