Seninem.Az > Aktual / Manşet Yuxarı > Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub


Tarix: 24-06-2021, 19:00. Müəllif: admin
İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt