Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutub
MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutubTarix: 11-06-2021, 18:00. Müəllif: admin |
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub. Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib. Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginlik davam edir. Ermənistan silahlı qüvvələri iyunun 10-da da Kəlbəcər istiqamətində bölmələrimizə atəş açmışdı. Geri Qayıt |