Seninem.Az > Aktual / Manşet Yuxarı > "Müharibə əlili"nin qadın həkimi döyməsi faktı ilə bağlı cinayət işi açılıb
"Müharibə əlili"nin qadın həkimi döyməsi faktı ilə bağlı cinayət işi açılıbTarix: 8-06-2021, 16:00. Müəllif: admin |
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Leqal.info-ya verilən məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib. İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb. Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Geri Qayıt |