Seninem.Az > Aktual / Manşet Yuxarı > “Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub
“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olubTarix: 1-06-2021, 13:38. Müəllif: admin |
|
“Yay məktəbi”ndə dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”. Leqal.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O qeyd edib ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəndənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”. V.Yayublu əlavə edib kİ, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir: “Bir dərs müddəti 45 dəqiqə olacaq”. Qeyd edək ki, iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. Geri Qayıt |