Seninem.Az > Aktual / Manşet Yuxarı > Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında qərarı təsdiqləyəcək
Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında qərarı təsdiqləyəcəkTarix: 21-05-2021, 16:27. Müəllif: admin |
Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyəcək. Leqal.info-nun əldə etdiyi məlumata görə, sənəd əvvəlcə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq. Daha sonra isə qanun layihəsinə mayın 25-də Milli Məclisin plenar iclasında baxılacaq. Sənəd üç oxunuşda müzakirə olunacaq. Geri Qayıt |