Seninem.Az > Aktual / Manşet Sağ > Azərbaycan Prezidenti: “Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”
Azərbaycan Prezidenti: “Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”Tarix: 20-05-2021, 18:00. Müəllif: admin |
"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb". Leqal.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib. Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”. Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişdik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür". Geri Qayıt |