Seninem.Az > Aktual / Manşet Yuxarı > Prezidentin köməkçisi: "Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"
Prezidentin köməkçisi: "Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"Tarix: 10-05-2021, 11:30. Müəllif: admin |
"Xoşbəxtəm ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, qalxa bilmədiyimiz yüksəkliklərə qalxdıq". Leqal.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib. O, səfər zamanı sərhədçilərimiz üçün necə şərait yaradıldığını gördüyünü bildirib: “Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik və çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümid edirəm". Geri Qayıt |